UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) oyununun vaxtı dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 13-ü yox, sentyabrın 14-ü keçiriləcək. Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə bu qərar verilib.
Bununla da görüş sentyabrın 14-ü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.