Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə 3 cavab qarşılaşma keçiriləcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) öz meydanında "Budö Qlimt"i qəbul edəcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"lə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, hazırda qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur. Ötən gün "Viktoriya" "Qarabağ"ı, "Makkabi" "Srvena Zvezda"nı, "Benfika" isə "Dinamo"nu keçərək qrupa vəsiqə qazanıb. Digər 26 klub UEFA reytinqində daha yüksək mövqeyə malik ölkələrin təmsilçiləri olduqlarına görə turnirdə birbaşa iştirak hüququ əldə edənlərdir.
Çempionlar Liqası, Pley-off mərhələsi
Cavab oyunları
24 avqust
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budö Qlimt" (Norveç)
İlk oyun - 0:1
23:00. "Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 1:2
23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 2:2
23 avqust
"Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan) - 2:1
İlk oyun - 0:0
"Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0
İlk oyun - 2:0
"Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail) - 2:2
İlk oyun - 2:3