Portuqaliyanın "Benfika" klubu Rusiyanın "Spartak" (Moskva) komandasına qarşı UEFA Çempionlar Liqası matçından sonra rəsmi "Twitter" səhifəsinin adını müvəqqəti olaraq dəyişib.
Offsideplus.az xəbər verir ki, Lissabon təmsilçisinin bu addımı atmasına səbəb cavab oyununda qol vuran ukraynalı hücumçu Roman Yaremçuk səbəb olub.
Azarkeşlər sosial şəbəkələrdə aktivlik göstərərək, klubdan 26 yaşlı forvardın fotosunu yayımlamağı tələb ediblər. Klub buna qarşılıq olaraq səhifənin adını dəyişdirib "Benfikaçuk" edib.
Xatırladaq ki, görüş portuqaliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yaremçuk matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə fərqlənsə də, qol "Spartak"ın müdafiəçisi Samuel Jiqonun passivinə yazılıb.