Çempionlar Liqasının ən  həyəcanlı mərhələsi - 1/4 finalı başlayır. Həm də fərqli formatda. Dörd ildən bir keçirilən Dünya kuboku üçün darıxanlar üçün 2020-ci ilin xoş bir sürprizi var: UEFA Çempionlar Liqasının, yəni dünyanın ən güclü klublarının iştirak etdiyi turnirin mundialı xatırladan formatda keçiriləcək olması.

Bir oyundan ibarət olan mərhələ aşkar favoritlərin, yoxsa “Atalanta”, “Leyptsiq”, “Lyon” kimi sürpriz klubların işinə yarayacaq?

 

Sürpriz bir çempion olacaqmı?

at

Çempionlar Liqasını ən son qazanmış sürpriz komanda hansı olub? Bu suala cavab vermək üçün 16 il əvvələ qayıtmaq lazımdır. 2004-cü ildə "Monako"ya qalib gələn "Portu" klubu bəlkə də bizə kubokun son sürprizini yaşatdı. Son 16 ildən bəri kuboku qazanan klublar "Liverpul", "Barselona" (2), "Milan", "Mançester", "İnter", "Çelsi", “Bavariya”, “Real Madrid” (4) klubları kuboku sanki birindən alıb digərinə əmanət edirlər. Bu il isə köhnə çempionlardan sadəcə ikisi – “Barselona” və “Bavariya” 1/4 finala vəsiqə qazana bilib. Bu mərhələdə sözügedən klubların bir-biri ilə qarşılaşacağını da nəzərə alsaq, bu il bizi sürpriz çempionluq gözlədiyini deyə bilərik.

 

"Şəhərlilər"in tək ümidi çempionluqdur

manchester city real madrid 1y06ciijcw70u179benvpte3k2

Mövsümün əvvəlində Quardiola müsahibələrindən birində bu sözləri işlətmişdi: "Azarkeşlərin bizi Çempionlar Liqasında qazandığımız nəticəyə görə sərt tənqid edəcəyini bilirik. Çempionluqdan başqa istənilən nəticə onları qane etməyəcək".

“Siti” "Lyon" komandasına qalib gəlib növbəti tura vəsiqə qazanarsa Qvardiola köhnə komandalarından ("Barselona", "Bavariya") biri ilə qarşılaşa bilər. Bu da izləyicilərə fərqli həyəcan yaşadacaq.

Qvardiola haqqında maraqlı bir məlumat da odur ki, onun indiyə qədər idarə etdiyi komandalar 1/16 final mərhələsində  səfər qolu ilə rəqiblərinə boyun əyib. Lakin bu il kubokun ən çox qazanan klubu "Real Madrid" əngəlini keçdikləri üçün artıq belə bir qorxusu qalmayıb.

 

Tək Messi ilə hara qədər?

lionel messi barcelona 2019 20 z6u5f1ex1njq1ir544ofjku6r

“Barselona” tarixinin ən yaxşı futbolçularından biri (məncə, ən yaxşısı) şübhəsiz ki Messidir. Lakin son illərdə baş məşqçilərin komanda oyunu deyil də bütün oyunu "Messi"yə "yükləməsi" mənim də beynimdə müəyyən suallara yaradıb.

"Katalonlar” səfərdə “Napoli” ilə bərabərə qalmışdılarsa, evdə 3-1 hesabı ilə qalib gəlməsi onlara növbəti turun biletini təqdim etdi. Lakin maraqlı sual odur ki, oyunun qəhrəmanı Messi sayıla bilər. Bu halda belə bir sual düşündürür ki, tək Messi ilə nə qədər getmək olar?

Bu iki klubun son ÇL qarşılaşmasında "Bavariya" klubu “katalonlar”ı fərqli hesabla məğlub etmişdi. Klubun baş məşqçisi Flik bu il də eyni taleyin yaşanacağına inandıqlarını deyib.

Amma bilmək olmaz, bəlkə "Katalonlar”ın əfsanəsi elə bu oyunda da sehrli çubuğu ilə komandasına bu mövsüm ilk kubokunu qaldıra bilər.

Yeri gəlmişkən, Leo alman klublarına qarşı çıxdığı son 16 oyunda 17 qol, 5 ötürmə kimi möhtəşəm nəticə ilə yadda qalıb.

 

Neymar hekayəni tam dəyişdirə bilər

neymar psg 2020 zh7lzwvdkce01kvzwr74vibce

Avropanın enişli-yoxuşlu və ən bahalı klublarından biri olan PSG bu il Çempionlar Liqasında uğursuzluq zəncirini qırmaq istəyir. 1/4 finala qədər gələn klub bu mərhələdə mövsümüun sürprizlərindən sayılan "Atalanta" ilə qarşılaşacaq. Rəqib asan görünsə də bura qədər gəlib çıxdıqlarını, A Seriyadakı uğurlu çıxışını da unutmaq olmaz.

Çempionluğu hədəfləyən klubun heyətindəki ulduzlardan biri də, sözsüz ki, Neymardır.

Neymar 2017-ci ildə şok bir qərarla "Barselona"dan ayrılıb Parisə üz tutdu. Bu qərarında əsas səbəbin Messinin kölgəsində qalmaq istəməməsi olduğu deyildi. Əvvəllər dünyanın ən yaxşı 3 futbolçusu arasında yer alarkən hazırda heç ilk “20-lik”də belə adının olmaması bunu kölgədən qaçarkən karyerasına daha da zərbə vurması kimi qiymətləndirmək olar.

"Katalon" klubu keçən il Neymarı geri qaytarmaq istədi, amma razılaşma əldə olunmadı. Bu il də maliyyə problemlərinə görə bu istək baş tutmadı. Hazırda da Neymarın "Katalon" klubuna qayıtması çətin olduğuna görə bütün diqqətini hazırkı komandasına verməlidir.

Öncədən proqnoz vermək çətindir. Ancaq Neymar 3 il ard-arda uğursuzluğun acısını bu il çıxmaq istəyir və bunun üçün heç bir əngəl də yoxdur.

 

"Atletiko Madrid" bu il də kölgədə qalacaq?

atletico madrid betis diego costa 3nuttba8y5mo1nd39jlsk5me0

Son çempion "Liverpul"u turnirdən kənarlaşan klub bu il zənciri qıra bilərmi?

Bəs son 6 ildə 2 dəfə Çempionlar Liqası finalı oynamaları və hər ikisində uğursuz şəkildə məğlub olmaları onların oyununa təsir edəcəkmi?

Hərşeyi gözdən keçirməkdə fayda var. Klub pandemiyadan sonra keçirdiyi son 11 oyunun heç birində məğlub olmayıb.

Bu göstəricilər nə qədər bəlli olsa da yenə də dəqiq söz deməyə imkan vermir. Son 3 finalında məğlub olan klub bu il ən yaxşı oyuncusu olan Timo Verneri itirmiş "Leyptsiq"i sınağa çəkəcək. Növbəti mərhələyə vəsiqə qazanacağı təqdirdə "Atalanta" – PSJ görüşünün qalibi ilə qarşılaşacaq.

Hərkəsi bir sual düşündürür. "Atletiko" bu il zənciri qırıb çempion ola biləcəkmi? - Niyə də yox?!

 

 

Müəllif: Alp Çolak, Goal.com

Tərcümə: Tacir Sadıqov