"Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı mütəxəssis oyun barədə bunları deyib:
"Futbolçular ilk 25 dəqiqədə bütün tapşırıqları yerinə yetirdilər. Bundan sonra topa daha çox nəzarət etməyə başladıq. İlk oyunla müqayisədə taktiki dəyişiklər etmişdik. Cabir Əmirli və Dmitri Nağıyev cinahlarda ilk hissədə daha fəal oldular. Nağıyev hücumda uğurlu çıxış edə bilərdi. Ancaq fikrimcə, müdafiədə yaxşı oynadı. Kubok fərqli ab-havada keçir. İlk oyundakı məğlubiyyət işimizi çətinləşdirirdi".
Abbasov, yarımfinalda "Qarabağ"la qarşılaşacaqları barədə də danışıb:
"İndi çempionata hazırlaşmalıyıq. Rəqibin gücü hər kəsə məlumdur. Ancaq onlara qarşı da uğurlu çıxış etməyə çalışacağıq. Bunun üçün nələrsə fikirləşəcəyik".



