Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, ilk olaraq iki matç gerçəkləşib.
Almaniya çempionu "Bayern" İtaliyanın "Latsio" komandasını qəbul edib və 3:0 hesabı ilə qalib gəlib (ümumi hesab: 3:1).
Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada "Real Sosyedad"la üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb (ümumi hesab: 4:2).
Beləliklə, ÇL-də 1/4 finala vəsiqə qazanan ilk komandalar "Bayern" və PSJ olub.



