"Atletiko"nun hücumçusu Alvaro Morata İspaniya La Liqasının 24-cü turunun "Sevilya" ilə oyununda (0:1) zədələnib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı forvarda diz sümüyünün əzilməsi diaqonuz qoyulub. O, xəsarət aldıqdan sonra bir müddət oyuna davam etsə də, ilk hissənin sonunda məcburi əvəzlənib.

31 yaşlı Morata bu mövsüm bütün yarışlarda 33 matçda iştirak edib. O, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.