Dünyanın ən yaxşı hakimlərindən olan Mark Klattenburq Səudiyyə Ərəbistanında idarə etdiyi qarşılaşmada maraqlı qərara imza atıb.
Offsideplus.az xəbər verir ki, "Əl Feiha" və "Əl Fateh" klubları arasında keçirilən Ərəbistan kral kuboku oyununda azan oxunmağa başlayanda hakim oyunu saxladı. Azanın bitməsi ilə təkrarən oyunu davam etdirən ingilis hakim bu hərəkəti ilə tribunaların alqışını qazanıb.
Qeyd edək ki, Klattenburq İngiltərə Premyer Liqasında ayrılaraq Səudiyyə Ərəbistanında işləyir. O, 2016 Çempionlar Liqası finalını da idarə etmişdi.



