Növbəti ilin ilk kəmər döyüşü yanvarın 24-də UFC324 tədbirində baş tutacaq.
Offsideplus.az xəbər verir ki, İliya Topuriya ara verdiyi üçün yüngül çəkidə müvəqqəti kəmər üçün Peddi Pimblett və Castin Qeyci üz-üzə gələcək.
Bu döyüşün qalibi İliya Topuriyanln rəqibi olacaq.
Umar Maqomedov da eyni gecədə döyüşəcək. Onunla oktaqona Deyvison Fiqeyredo çıxacaq.
Qadın qaydasız döyüşünün əfsanəsi Amanda Nunyez də 2 ilyarımlıq fasilədən sonra burada döyüşəcək. Onun rəqibi Kayla Harrison olacaq.


