Madrid "Real"ı UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, "kral klubu" qitənin ən nüfuzlu yarışında 22-ci dəfə 1/8 final mərhələsinə yüksəlib. İndiyədək bu göstəriciyə heç bir komanda nail ola bilməyib.
Karlo Ançelottinin yetirmələri tarixi uğuru "Mançester Siti" ilə oyunlardan sonra gerçəkləşdirib (3:2; 3:1).