UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün keçiriləcək daha 9 qarşılaşma ilə tura yekun vurulacaq.

Günün mərkəzi oyunu İtaliyada baş tutacaq. "İnter" "Arsenal"la üz-üzə gələcək.

Maraq doğuran digər görüşlərdə PSJ evdə "Atletiko Madrid"lə qarşılaşacaq. "Bayern" isə "Benfika"nl sınağa çəkəcək. "Barselona" "Srvena Zvezda"nın qonağı olacaq. 

Qeyd edək ki, növbəti turun oyunları 26-27 noyabr tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, IV tur

6 noyabr

21:45. "Brügge" (Belçika) – "Aston Villa" (İngiltərə)

21:45. "Şaxtyor" (Donetks, Ukrayna) – "Yanq Boyz" (İsveçrə)

00:00. "Bayern Münhen" (Almaniya) – "Benfika" (Portuqaliya)

00:00. "Srvena Zvezda" (Serbiya) – "Barselona" (İspaniya)

00:00. "Feyenoord" (Niderland) – "Zalsburq" (Avstriya)

00:00. "İnter" (İtaliya) – "Arsenal" (İngiltərə)

00:00. PSJ (Fransa) – "Atletiko Madrid" (İspaniya)

00:00. "Sparta" (Çexiya) – "Brest" (Fransa)

00:00. "Ştutqart" (Almaniya) – "Atalanta" (İtaliya)