UEFA Azərbaycan təmsilçisi “Qarabağ”ı cərimələyib.
Offsideplus.az xəbər verir ki, “atlılar” Çempionlar Liqasının III turunda “Ludoqorets”lə oyunda (2:7) komandaya uyğun olmayan davranış səbəbindən 6000, pley-offda “Dinamo” ilə görüşdə (0:2) isə “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro cərimələnib.
UEFA ümumilikdə “Qarabağ”ı Çempionlar Liqasındakı qayda pozuntuları səbəbindən 28 500 avro cərimələyib.