"Qarabağ" klubu İspaniyanın Marbelya bölgəsindəki hazırlığını başa vurub.
Offsideplus.az xəbər verir ki, komanda bu gün də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Linkoln"la ilk oyun üçün Cəbəllütariqə yollanıb.
Ağdam təmsilçisi Marbelyadan Cəbəllütariqə avtobusla gedib. Marbelyadan Cəbəllütariqə məsafə avtobusla 40-60 dəqiqə arasıdır.
Qeyd edək ki, iyulun 11-i keçiriləcək "Linkoln" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu komandalar arasında cavab oyunu iyulun 19-u olacaq.