ÇL-nin yarımfinalında "Mançester Siti" "Real Madrid"i 4:0 hesabı ilə (ümumi hesab: 5:1) məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra Pep Qvardiola Rio Ferdinanda söyləyib:

"Sənə dedim, sənə dedim".

Ferdinand isə matçdan əvvəl Qvardiolanın ona yazıb, "Mənə inan, onları məğlub edəcəyik", söylədiyini açıqlayıb. 

Qeyd edək ki, "Siti" finalda "İnter"lə üz-üzə gələcək.