"Barselona"nın hücumçusu Rafinya Səudiyyə Ərəbistanından sərfəli təklif alıb.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu astronomik təklif barədə bunları deyib:

"Səudiyyə Ərəbistanından sərfəli təklif aldım. Mənə çox yüksək məvacib təklif olunmuşdu.

Belə bir təklifi ötən il alsaydım, yəqinki qəbul edərdim. Onda bir az depressiyada idim. Bu müqavilə ailəmin də həyatını tamamilə dəyişəcəkdi. Bunun əksini deyən şəxs yalan danışır.

Belə rəqəmləri görmək və həyatının tamamilə dəyişəcəyini düşünməmək mümkün deyil".

O, yekunda "Barselona"da qalmağı seçib:

"Sonda "Barselona"da qalmağa qərar verdim. Düşünürəm ki, bu klubda hələ etməli olduqlarım var".