AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının futbolçusu David Alaba zədələnib. 

Offsideplus.az xəbər verir ki, futbolçu ÇL-nin 1/8 final mərhələsi üzrə "Liverpul"a 5:2 hesabı ilə qalib gəldikləri oyunda sıradan çıxıb. O, 27-ci dəqiqədə bud nahiyəsindən xəsarət alaraq əvəzlənib. 

Alabanın martın 2-də "Barselona"ya qarşı İspaniya Kral Kubokunun yarımfinal matçında və Azərbaycan millisinə qarşı oyunda iştirakı şübhə altındadır.

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan millisini, üç gün sonra isə Estoniya seçməsini qəbul edəcək.