Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin Çempionlar Liqasının qrup mərhələsinin VI turu üzrə "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya) matçını idarə edəcəyi ilə bağlı məlumat vermişdik.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki. sözügedən matçın növbəti təyinatları açıqlanıb. Oyunun VAR hakimi polşalı Tomaş Kviatkovski olacaq. Ona Bartoş Frankovski yardım göstərəcək. Sloveniyalı Vladimir Şayn hakim-inspektor, şotlandiyalı Cerri O Haqan UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, matç noyabrın 3-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.