Çempionlar Liqasının qrup mərhələsinin III turunda "İnter" "Barselona"ya  qalib gəlib.

Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi 12 il sonra ilk dəfə "katalonlar" üzərində qələbəyə sevinib.

"İnter" sonuncu dəfə ÇL-də 2010-cu ildə 3:1 hesabı ilə "Barselona"nı məğlub etmişdi.

Qeyd edək ki, "İnter" Hakan Çalhanoğlunun qolu ilə "Barselona" üzərində minimal hesablı (1:0) qələbə qazanıb.