UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" "Dinamo"ya uduzub.
Offsideplus.az xəbər verir ki, "zadəganlar"ın baş məşqçisi Tomas Tuxel oyundan sonra məğlubiyyətin səbəblərindən bəhs edib:
"Olmamız gərəkən yerdə deyilik. Ona görə məğlubiyyətin səbəbi məndə, bizdədir. Problemin bir parçasıyam. Bunun həll yolunu tapmalıyıq. Analiz edəcəyimiz şey çoxdur. Özümə və sərgilədiyimiz performansa çox acıqlıyam. Bunun olacağını sezməmişdim".
Qeyd edək ki, matç Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.