"Viktoriya" (Plzen) klubunun futbolçusu Yan Kliment Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, o, matçla bağlı bunları söyləyib:
"Qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Qoldan təxminən üç dəqiqə əvvəl qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim, amma əvəzlənmək üçün kənara işarə verməyə vaxtım yox idi. Əvəzləmə işarə etməyə hazırlaşırdım, amma elə oldu ki, ondan əvvəl gözləmədiyim halda top önümə düşdü və qol vurdum".