"Viktoriya"nın kapitanı Lukas Heyda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab oyununu buraxacaq.

Offsideplus.az xəbər verir ki, buna 32 yaşlı müdafiəçinin dünən keçirilən ilk matçda (0:0) sarı vərəqə alması səbəb olub. Sarı vərəqə limitini dolduran çex futbolçu Ağdam təmsilçisi ilə cavab oyununda iştirak etməyəcək.

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı avqustun 23-ü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizi Teleqramda izləyin!