Azərbaycanın tanınmış futbol mütəxəssisi Novruz Əzimov "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün Çexiya "Viktoriya"sı ilə keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb.

Veteran futbolçu Offsideplus.az-a açıqlamasında Ağdam təmsilçisinin yaxşı formada olduğunu söyləyib: "Qarabağ" hazırda yaxşı formadadır. Düzdür, bəzi futbolçuları - Kevin Medina, Maksim Medvedev zədəlidir. Lakin inanıram ki, "Qarabağ" daha üstün futbol sərgiləyəcək və qazanacağı qələbə ilə Azərbaycan xalqını sevindirəcək". 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.