"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq "Viktoriya" ilə oyunda qonaq komandanın azarkeşləri üçün saxlanılan biletləri satışa çıxarıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qarabağ" – "Viktoriya" matçında çexiyalı azarkeşlər olmayacaq. Əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri "Qarabağ" azarkeşləri üçün satışa çıxarılıb. 

Biletləri iticket.az və kassalardan almaq mümkün olsa da, satışa çıxarılandan bir az sonra iticket.az saytı çöküb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma sabah saat 20:45-də start götürəcək.