Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq "Qarabağ"ın oyunlarının təqvimi açıqlanıb.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşünü avqustun 17-də Bakıda keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:45-də başlayacaq.
Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da sart götürəcək.
Qeyd edək ki, "Qarabağ" 3-cü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu (1:1,1:3) mübarizədən kənarlaşdırıb.