Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, son ölkə çempionu “Qarabağ” Macarıstanda “Ferentsvaroş”la münasibətlərə aydınlıq gətirib.
Bakıdakı ilk oyunda 1:1 hesabı ilə heç-heçə edən Ağdam təmsilçisi cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offda “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.
9 avqust
Çempionlar Liqası
III təsnifat mərhələsinin cavab görüşü
22:00. "Ferentsvaroş" (Macarıstan) - “Qarabağ” (Azərbaycan) 1:3
Qol: Abdullah Zubir, 7, İbrahima Vadji, 54, 78, Traore, 86
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Budapeşt. “Ferentsvaroş” stadionu
İlk oyun – 1:1
Qollar Teleqram kanalımızda