UEFA Çempionlar Liqasını III təsnifat mərhələsində "Qarabağ" "Ferentsvaroş"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, 1:! hesablı heç-heçə ilə yekunlaşan oyundan sonra Ağdam təmsilçisinin futbolçusu Filip Ozobiç “CBC Sport”a açıqlama verib.

"Öz oyunum haqqında çox danışmaq istəmirəm. Çətin rəqibə qarşı oynayırdıq. Bir qədər əziyyət çəkdik. Gərgin oyun keçdi. İndi rəqibi yaxşı tanıyırıq. Baş məşqçimiz oyunu analiz etdikdən sonra tapşırıqlar verəcək. Cavab matçına daha yaxşı hazırlaşacağıq".

Ozobiç azarkeşlərə komandanı dəstəklədiklərinə görə təşəkkür edib: "Azarkeşlərə təşəkkür edirəm. Onları əmin etmək istəyirəm ki, maksimum nəticə üçün və mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik