"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş" Macarıstan liqasında yeni mövsümün ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda "Puşkaş Akademiyası"nı qəbul edib. Matç "Ferentsvaroş"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.