Macarıstan "Ferentsvaroş"unun avqustun 6-da Macarıstan çempionatının II turunda "Zalaegerseq"lə keçirməli olduğu oyun təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, Budapeşt təmsilçisi Bakıda "Qarabağ"a qarşı oynayacağı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçı ilə bağlı yerli futbol liqasına müraciət edib.

 Liqa rəhbərliyi komandanın istəyinə müsbət cavab verib.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək "Qarabağ" - "Ferentsvaroş" görüşü saat 20:00-da başlayacaq.