"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"ə qarşı keçiriləcək cavab görüşü üçün İsveçrəyə yolla düşməmişdən əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının hazırlığından və İsveçrədəki oyunda necə çıxış edəcəkləri barəsində belə deyib:
"Sürix" oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər bir halda, Bakıda rəqibi daha yaxından tanıdıq. Səfərə böyük ümidlə gedirik. Bu komandaya qarşı sona kimi yaxşı mübarizə aparıb, ağıllı oyun qurmaq istəyirik. Ola bilər ki, risklərə gedək. Hər bir halda komandamın durumu pis deyil. Hazırlığımız yaxşı səviyyədədir. Oyuna iki günümüz qalıb. Onu da daha çox taktiki, texniki çalışmalara ayıracağıq".
Qeyd edək ki, "Sürix" - "Qarabağ" görüşü iyulun 27-i Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.