Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo" ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 51 yaşlı mütəxəssis çexiyalı Tomaş Pekqarta start heyətdə şans verməməsinin səbəbini açıqlayıb. O, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin 3-5-2 sisteminə daha uyğun olduğunu söyləyib: "Artıq oyun arxada qalıb. Matçdan əvvəl rəqibin topa daha çox nəzarət etmək istəyəcəyini bilirdik. Belə də oldu. Dəfələrlə yaxşı qol epizodları yaratdıq. Varşavada tam fərqli qarşılaşma görəcəyik. Pekqartı yaxşı başa düşürəm. Bombardirimiz bizə çox kömək edib. Hazırlıq dönəmində yanımızda olmadığı üçün hələlik tam formada deyil. Onunla danışdım, qərarlarımı və gözləntilərimi izah etdim. Mahir Emreli və Rafael Lopes kimi gənc oyunçularımız var. Heyətdə dəyişikliklər edəcəyik. Daha hərəkətli olan Emreli və Lopes bu gün 3-5-2 sisteminə çox uyğun gəlir. Bu səbəbdən, belə qərar verilib".
Qeyd edək ki, "Dinamo" ilə görüşə start heyətdə başlayan Mahir Emrelini 75-ci dəqiqədə Tomaş Pekqart əvəzləyib.