Sabah UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Neftçi" Tiflis "Dinamo"su ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, bu gün matçdan öncə meydan sahiblərinin futbolçusu Georgi Papava matç öncəsi mətbuat konfransında iştirak edib. Kapitanın görüş haqda fikirləri belə olub:

"Neftçi" çox yüksək səviyyəli komandadır. Nəticə haqda danışmaq o qədər də lazım deyil. Sabahkı qarşılaşmada bizi çətin oyun gözləyir. Məşqçimiz bizi komandanın hər bir üzvü ilə tanış edib. Onları tanıyırıq. Fərdi və kollektiv şəkildə yaxşı oyun nümayiş etdirirlər. Var gücümüzlə mübarizə aparacağıq".