"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinalında "Real" üzərində qələbədən sonra mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, 48 yaşlı almaniyalı mütəxəssis mayın 29-da İstanbulda baş tutacaq finala qələbə qazanmaq üçün gedəcəklərini açıqlayıb:
“Qələbəyə layiq idik. İlk hissə çətin keçdi. İkinci hissədə qol vurduq. Amma indi tənqid zamanı deyil. Fantastik bir uğurdur, komandamı təbrik edirəm. İstanbula qələbə üçün gedirik”.