Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Real"dan Kərim Benzema, "Çelsi"dən Nqolo Kante, "Mançester Siti"dən Kevin De Brüyne və PSJ-dən Anxel Di Mariyanın adı namizədlər arasındadır.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.