UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində dünən keçirilən "Liverpul" - "Real" matçındakı (0:0, ümumi 1:3) anlar medianın gündəminə düşüb.
Offsideplus.az xəbər verir ki, "kral klubu"nun 20 yaşlı ulduzu Vinisius Juniorun "qırmızılar"ın türkiyəli müdafiəçisi Ozan Kabakı mükəmməl aşırma fəndi ilə keçdiyi anın görüntüləri dünyaca məşhur nəşrlərdə "Vinisiusun Ozan Kabakın karyerasını "məhv etdiyi" an" başlığı altında paylaşılıb.
Həmin görüntüləri təqdim edirik: