"Çelsi" klubunun fransalı ulduzu Nqolo Kante Çempionlar Liqasının 1/4 final mərhələsində sabah "Portu" ilə keçiriləcək matçda meydana çıxa bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Tomas Tuxel təşkil olunan mətbuat konfransında məlumat verib.
Almaniyalı mütəxəssis Kantenin testdən keçdiyini və hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, Sevilyada keçiriləcək "Portu" - "Çelsi" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.