Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda bu gün doğma meydanda “Real”ı qonaq edəcək “Bavariya” görüşə ciddi itkilərlə çıxacaq. 

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisinin heyətində Manuel Noyer, Arturo Vidal və Kinqsli Komandan sonra David Alabanın da "kral klubu"na qarşı oynamayacağı dəqiqləşib. Avstriyalı futbolçu əzələsindəki zədəyə görə prinsipial matçı buraxmalı olacaq.

Qeyd edək ki, “Bavariya” – “Real” oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.