"Liverpul"da möhtəşəm mövsüm keçirən Mohamed Salah və Roberto Firmino rekordlardan doymur.
Çempionlar Liqası yarımfinalının ilk oyununda "Anfield Road" qonaq etdiyi "Roma" 5-2 məğlub edən və cavab qarşılaşması öncəsi böyük üstünlük əldə edən "Liverpul"da 2 qol 2 asist edən iki oyunçusu Mohamed Salah və Roberto Firmino bu mövsüm qarşısı alınmazdır.
Offsideplus.az xəbər verir ki, Salah Robert Lewandowskidən bu yana Çempionlar Liqasında bir yarımfinal oyununda dörd qola töhfə verən ilk futbolçu olub. Polşalı ulduz bunu tam beş il əvvəl bu gün "Real Madrid"ə qarşı nail olmuşdu (24 Aprel 2013, 4 qol).
Salah həmçinin "Liverpul" formasında rəsmi oyunlarda 43 qol vurub. Liverpul tarixində bir mövsümdə bundan daha çox qol vuran tək ad isə İan Rush (1983/84 mövsümündə 47 qol).