"Bavariya”nın müdafiəçisi David Alaba Çempionlar Liqasının yarımfinalı çərçivəsində sabah "Real”la baş tutacaq oyun öncəsi keçirilən məşqdə iştirak etməyib. 

Offsideplus.az xəbər verir ki, avstriyalı futbolçunun Münhendə keçiriləcək görüşdə meydana çıxması sual altındadır. "Bavariya”nın baş məşqçisi Yupp Haynkesin sözügedən oyunda müdafiənin solunda Rafinyanın xidmətindən istifadə etmək istədiyi bildirilir.

Qeyd edək ki, "Bavariya" - "Real" oyunu sabah Bakı vaxtı ilə 22:45-də start götürəcək.