İspaniya "Real"ının futbolçusu Vinisius Junior üçün komandasının Ukrayna "Şaxtyor"una 2:3 hesabı ilə uduzduğu görüş əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı hücumçu rekorda imza atıb. Braziliyalı forvard 59-cu dəqiqədə meydana daxil olduqdan 15 saniyə sonra fərqlənə bilib. Bu, rəsmi statistikaların qeydə alınmağa başladığı 2006/2007 mövsümündən sonra rekord sayılır.