Bu gün UEFA Çempionlar Liqasında ikinci yarımfinal matçı keçirilib.

Offsideplus.az xəbər verir ki, finala vəsiqə uğrunda Almaniya "Bavariya"sı ilə Fransa "Lion"u qarşılaşıb.

Oyun "Bavariya"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb və bununla da Münhen təmsilçisi finalda PSJ-yə rəqib olub. Final matçı avqustun 23-də olacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal

23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya) 0:3

Qol: Qnabri, 18, 33, Levandovski, 88

Baş hakim: Antonio Migel Mateu Laos

Portuqaliya, Lissabon.  "Eştadiu Joze Alvalade" stadionu