PSJ-nin qapıçısı Keylor Navas zədə səbəbindən Çempionlar Liqasının yarımfinalında "Leyptsiq"lə oyunu buraxacaq.
Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, 1/4 finalda "Atalanta" ilə matçın (2:1) 64-cü dəqiqəsində zədələn kosta-rikalı qolkiper hələ məşqlərə başlamayıb. Onun yarımfinal yarımfinal matçına qədər bərpa olunmayacağı bildirilir.
PSG-nin digər ulduzu Verattinin də sözügedən qarşılaşmada meydana çıxmaq ehtimalı cüzi olaraq qiymətləndirilir.
Qeyd edək ki, PSJ - "Leytpsiq" oyunu avqustun 18-i keçiriləcək.