UEFA yeni bəyanat yayıb.

Offsideplus.az xəbər verir ki, qurum prezidenti Aleksander Çeferinin son günlərdə yayılan fikirləri ilə bağlı açıqlama verib.

UEFA sloveniyalının başa düşülməyən fikirlərini aydınlaşdırıb. Bəyanatı diqqətinizə çatdırırıq:

“UEFA prezidentinin fikirlərini aydınlıq gətirmək istəyirik. Prezident Çeferin deyib ki, cari mövsümü yarımçıq başa çatdıran liqaların klubları avqokubokların təsnifat mərhələlərində oynamağa hazır olmalıdır. Bu, ölkələrin avrokuboklardakı təsdiqlənmiş təmsilçi sayına uyğun şəkildə olacaq. O deməyib və işarə vurmayıb ki, bu siyahıda hər hansı dəyişiklik ola bilər”.