"Lion" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "Yuventus"a qarşı meydana oyunda meydana çıxmaq istəmir.
Offsideplus.az xəbər verir ki, klubun prezidenti Jan-Mişel Ola qarşılaşmasının neytal meydanda keçirilməsini tələb edir. Fransalı rəhbər İtaliyada yayılan koronavirusuna görə, ehtiyyat ediklərini bildirib:
“UEFA harada oynayacağımıza qərar verəcək. "Yuventus"un gənclər komandasına karantin qoyulduğunu nəzərə almaq lazımdır. Dörd oyunçudan şübhələnirlər. Oradakı bəzi futbolçular əsas komanda ilə məşq edirlər. Görək nə baş verir. UEFA-nın rəyini gözləyəcəyəm. Xoş xəbərə ümid edirəm. Ən pis halda neytral meydanda qarşılaşmağımız istisna edilmir”.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə “Lion” 1:0 hesablı qələbə qazanıb. Cavab oyunu martın 17-də Turində olacaq.