“Real”ın baş məşqçisi Zinəddin Zidan həmkarı Qvardiola barədə maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, fransız mütəxəssis “Mançester Siti”nin baş məşqçisini dünyanın ən yaxşısı adlandırıb:

“Qvardiolanın rəhbərlik etdiyi komandalara qarşı dəfələrlə oynamışam. Ona hörmət edirəm və Çempionlar Liqasında 1/8 final mərhələsində onlarla qarşılaşacağımız oyunları səbrsizliklə gözləyirəm. Düşünürəm ki, Qvardiola dünyanın ən yaxşı baş məşqçisidir”.

Xatırladaq ki, “Real” ÇL-in 1/8 final mərhələsində “Mançester Siti” ilə qarşılaşacaq.