PSJ-nin baş məşqçisi Unay Emeri Çempionlar Liqasının 1/8 finalında “Real”la keçiriləcək cavab qarşılaşması barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Emeri “Real”a xəbərdarlıq edib. O, “kral klubu”nun futbolçularını Parisdə ağır oyun gözlədiyinə işarə edib:

“Bu mövsüm əksər oyunlarda sübut etmişik ki, qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirməyə qadirik. Xüsusən də öz meydanımızda daha güclüyük.

“Real” bilir ki, “Park de Prens”də oynamalı olacaq. Ancaq “kral klubu”nun futbolçuları onları bu stadionda nəyin gözlədiyini bilmirlər”.

Bu komandalar arasında keçirilən ilk qarşılaşmada “Real” 3:1 hesabı ilə qalib gəlib.