“Bavariya” klubunun futbolçusu Tomas Müller Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Ayaks”la matçda (3:3) rəqib oyunçu Nikolas Taqliafikona etdiyi hərəkətə görə üzr istəyib.
Offsideplus.az xəbər verir ki, bu barədə o, özünün rəsmi "Tvitter" hesabında yazıb: "Dünənki hadisəyə görə Nikolas Taqliafikodan üzr istəyirəm. Bu hərəkəti qəsdən etməmişdim. Ona tezliklə sağalmasını arzulayıram".
Qeyd edək ki, Müller matçın 75-ci dəqiqəsində N.Taqliafikonun başına ayaqla zərbə endirib. Alman futbolçu etdiyi hərəkətə görə qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.(qol.az)