Dünən yerli vaxtla axşam saat 22.00-dan etibarən (Bakı vaxtı ilə bu gün səhər 6-da) dünyanın diqqəti Los Ancelesdə idi. Dünya boksunun iki əfsanəsi - Mayk Taysonla Roy Consun sərgi xarakterli döyüşü azarkeşlər tərəfindən səbirsizliklə gözlənilirdi. 

Offsideplus.az xəbər verir ki, "WBC Frontline Battle" kəməri uğrunda "Staples Center"də baş tutan döyüşdə raundlardakı dəqiqələrin sayı hər iki idmançının razılığı əsasında 3 yox, daha az dəqiqə təşkil edib. Daha doğrusu, Tayson peşəkar boksun qaydalarına əsasən döyüşmək istəyirmiş və buna görə də raundlarının hərəsinin 3 dəqiqədən ibarət olmasını tələb edib. Yekunda təşkilatçılar yaş amilini nəzərə alaraq bu cür qərar qəbul ediblər.

Kifayət qədər maraqlı, qarşılıqlı zərbələrlə müşayiət olunan duelin sonunda Mayk Taysonun narazılığı diqqətdən yayınmayıb. Məlum olub ki, "Dəmir"in narazılığı hakimin döyüşü heç-heçə başa vurmasına görəymiş. Bir sözlə, əfsanələrin döyüşündə bərabərlik qeydə alınıb.

Qeyd edək ki, 54 yaşlı Mayk peşəkar karyerasını 2005-ci ildə, 39 yaşında başa vurub. Milyonların sevimlisi keçirdiyi 58 döyüşdən 50-sində qələbə qazanıb ki, bunlardan 44-ü nokautla olub.

51 yaşlı Roy Consun hesabında isə 75 duel var. 66 qalibiyyət, onlardan 47-si nokautla.

Taysonla Cons arasındakı döyüşün videonu təqdim edirik: