Ağır çəki dərəcəsində əfsanəvi sabiq boksçu Mayk Tayson 15 ildən sonra ilk dəfə rinqə geri qayıdır.

Offsideplus.az xəbər verir ki, 54 yaşlı boksçu noyabrın 29-da Roy Cons ilə qarşılaşacaq. Son döyüşünü 2005-ci ildə keçirən Taysonla 2 ildir döyüşməyən 51 yaşlı Roy Cons arasındakı yarış 8 raund olacaq.

Qeyd edək ki, Mayk Tayson karyerasında 50 dəfə qələbə qazanlb, 9 dəfə məğlub olub.