Son günlərdə sosial şəbəklərdəki paylaşımları ilə diqqət çəkən sabiq boksçu Mayk Taysonla bağlı gözlənilməz açıqlama verilib.

Offsideplus.az xəbər verir ki, videoları yayıldıqdan sonra formada olduğu görünün əfsanəvi boksçuya təklif üstünə təklif gəlib. Tayson rinqə dönəcək, ancaq boksçu kimi yox.

"AEW TNT Championship" adlı televiziya proqramında yayımlanan Amerika güləşinin finalında Tayson da rinqdə aparıcı olacaq. ‘Double or Nothing’ adı verilən Kodi Rodes və Lançe Arçer arasında 23 mayda keçiriləcək final qarşılaşmasında Mayk Tayson mikrofonun qarşısına geçəcək.

Proqramın "Twitter" səhifəsində bu barədə məlumat verilib.