Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Mayk Tayson 15 il fasilədən sonra yenidən rinqə qayıtmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, boks tarixinin unudulmaz rəqabətlərindən birinə səhnə olan Mayk Tayson Evander Holifeld illər sonra yenidən qarşılaşa bilərlər.
53 yaşlı veteran idmançı qısa müddət əvvəl məşq videosunu “Instagram”da “Ağıllı olsanız, hər şey mümkündür. Daha ağıllı məşq edin. Daha ağıllı bərpa olun” sözləri ilə paylaşıb.
Lakin bunun onun karyerasını bərpa etməklə əlaqədar olmadığı, “Smart Cups” adlı içkinin reklam çarxı olacağı güman edilir.
Taysonun keçmiş rəqibi Holifeld isə COVİD-19-dan zərər görənlərə yardım məqsədi ilə bir şou xarakterli döyüşə çıxmaq barədə təklifə açıq olduğunu bildirib.
Holifeldin bu açıqlaması və Taysonun döyüş videosunu paylaşamasından sonra ikilin yenidən rinqə çıxma ehtimalı yüksəlib.
Qeyd edək ki, İkili 90-larda Taysonun Holifeldin qulağını dişlədiyi döyüş də daxil 2 dəfə qarşılaşıb və hər ikisində Tayson məğlub olub.